XOŞ GƏLDİNİZ!

Hisslərimizi dilə gətirə bilmədiyimiz an köməyimizə güllər çatır. Öz sevgimizi bildirməyə, kiməsə xoş gün bəxş etmək üçün güllər aləminə üz tuturuq. Anamıza, bacımıza və digər yaxınlarımıza ən xoş günlərində gül hədiyyə edirik. Güllər qadınlar üçün əvəzedilməzdir. Diqqət və qayğı onların ən zəif nöqtəsidir. Bunu nümayiş etməyin ən klassik və dəyişməz vasitəsi, elə qadın zərifliyini simvolizə edən çiçəklərdir.

HAQQIMIZDA

SƏRFƏLI QIYMƏT VƏ ÜNVANA ÇATDIRILMA

Güllər həm qədim zamanlarda, həm də indiki dövrümüzdə hədiyyə kimi istifadə olunub. Kişilər özəl günlərində öz xanımlarına gül hədiyyə edib, öz sevgilərini bildiriblər. Qadınların da məhz ən çox sevdikləri hədiyyə güllərdir.Biz, Sizə geniş çeşiddə güllər, buketlər və hədiyyələr təqdim edirik. Eyni zamanda, Toy maşınlarının güllərlə orijinal üslubdə bəzədilməsini, Bəy Gəlin masalarının zövqlə bəzədilməsini, Toy, nişan məclislərinin və müxtəlif tədbirlərin güllərlə bəzədilməsini, Restoranların, mağazaların və digər obyektlərin açılış mərasimlərinin zövqünüzə uyğun güllərlə, helium şarlarla bəzədilməsini, Xonçaların bəzədilməsini, Gül və meyvələrlə hərflərin yığılmasını və digər xidmətlərimizi təklif edirik.

XİDMƏTLƏRİMİZ

BUKET

BUKET CASCADE

Şəlaləyə bənzər bu buket, ənənəvi və formal buket növlərindəndir. Dünyada Teardrop və Trail adları ilə də, məhşurdur.

BUKET NOSEGAY

Sıx şəkildə hazırlanmış dairəvi buket növüdür. Daha kiçik və əldə rahat olduğundan, gəlinlər arasında çox məhşur seçımdir.

BUKET HAND TIED

Bu buket, lentlə yüngül şəkildə bağlanan çiçəklər toplusudur. Açıq havada təşkil olunmuş toy mərasimləri üçün ideal seçimdir.

BUKET POMANDER

Lentdən asılı olan topşəkilli buket gəlinlər üçün qeyri adi seçimdir. Bu buket ən çox gənc və romantik gəlinlər tərəfindən seçilir.

MARAQLI

QIZILGÜL

Qızılgül 16 cı əsrın başlanğıcda ilk dəfə şimal ölkələrinə idxal olundu. 46% kişi və 98% qadın ətriyyatının tərkibində gül yağı olur. Bu yağlar qızılgüllərin iki növündən hazırlanır. Təbii gül yağı ən bahalı yağlardan biridir. 1 kq çəhrayı yağ almaq üçün, təxminən 3 ton ləçək tələb olunur.

ZANBAQ

Bir vaxtlar Hollandiyada zanbaqlar mövcud deyildi. İlk dəfə hollandların zanbaqla tanışlığı 16 cı əsrə təsadüf edir. Qeyd etmək lazımdır ki, bu gülün dəyəri qiymətli daşlardan, gümüş və qızıldan da baha olub. Bu çiçək həyat, gözəllik, sevgi və ölümsüzlük rəmzini daşıyır.

TÜLPAN

Tülpan digər güllərindən fərqli olaraq Avropaya daha tez, XVI əsrin ortalarında gətirilmişdir. XVII əsrin ortalarında Hollandiyanı "Tülpan həyəcanı" bürümüşdü. Onlar o qədər məşhur və dəbdə idilər ki, onların bir soğanağı sözün əsl mənasında qızıl çəkisi dəyərində imiş.

JASMİN

Jasmin gözəl və ətirli bir güldür. Bü gül gözəlliyi ilə yanaşı bir çox yerlərdə məişətdə və tibbdə, faydalı şəkildə istifadə olunur. Belə ki, Fransada bu gülün gövdəsindən fleyta və tütək düzəldərdilər. Alimlərin qeydinə görə bu heyranedici gülün ətri beyni canlandırır.

  • ÜRƏYİNİZDƏN KEÇƏN ANİ HİSSLƏRİ BİZİM KÖMƏYİMİZLƏ YAXINLARINIZA, SEVDİKLƏRİNİZƏ ÇATDIRA VƏ ONLARA SEVİNCLİ ANLAR BƏXŞ EDƏ BİLƏRSİNİZ!

    WOW FLOWERS
  • ÜRƏYİNİZDƏN KEÇƏN ANİ HİSSLƏRİ BİZİM KÖMƏYİMİZLƏ YAXINLARINIZA, SEVDİKLƏRİNİZƏ ÇATDIRA VƏ ONLARA SEVİNCLİ ANLAR BƏXŞ EDƏ BİLƏRSİNİZ!

    WOW FLOWERS

ƏLAQƏ

Bizim Ünvan

  • Bakı ş., Binəqədi r., E.Babayev küç., 30/24, Bina 4 V.
  • info@wowflowers.az
  • (+994) 12 569 13 14, (+994) 55 979 00 99

Bizə Yazın

Yerləşdiyimiz Ərazi